https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

DİN sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir

25 May 2023 , 16:33
DİN sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, mayın 15-dən 22-dək olan müddətdə Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şəhər və rayonları ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması), 243.0.1-ci (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Oğuz rayonunda Sincan və Muxas, Şəki rayonunda Qoxmuq,  Qax rayonunda Güllük, Qum və Ləkit, Balakən rayonunda Qullar, Zaqatala rayonunda Yuxarı Tala və Suvagil  kənd bələdiyyələrinin sədrləri, həmçinin 10 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Toivo Klaar Bakıya səfərə gəlib

Toivo Klaar Bakıya səfərə gəlib

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

XƏBƏR LENTİ
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
  • 07:01

    İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib
Menyu