https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 33 ° C

Bakı-Quba yolunda yük maşını yanıb

25 May 2023 , 17:25
Bakı-Quba yolunda yük maşını yanıb

Bakı-Quba yolunda avtomobil yanıb.

Bu barədə "Operativ Media" -ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki,nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsində və ön təkərlərində baş vermiş yanğının məhsulla dolu yük bölməsinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək yük bölməsinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yük yerindəki 26 ton məhsul yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib

Azərbaycan Pakistana məhsul ixracını 3,3 dəfə artırıb

Azərbaycan Pakistana məhsul ixracını 3,3 dəfə artırıb

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

XƏBƏR LENTİ
  • 17:50

    Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
  • 16:56

    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
  • 16:54

    Lənkəranda avtomobil yeniyetməni vurub
  • 16:46

    "Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin nümunəsidir" – İsxak Hersoq
  • 16:46

    Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib
Menyu