Menyu

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb

Redaksiya
İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan ümumlikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı K.Məmmədli ondan aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və  oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər