Menyu

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Mayın 25-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 3 nəfər ölüb"

Əlaqəli Xəbərlər