http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda keçiriləcək “Digital Marketing Conference” 2023-ün spikerləri bəlli olub

26 May 2023 , 11:00
Bakıda keçiriləcək “Digital Marketing Conference” 2023-ün spikerləri bəlli olub

“Rəqəmsal minimalizm” konsept mesajı ilə ilə 11 iyun 2023-ci il tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə baş tutacaq Digital Marketing Conference” (DMC23) spikerləri məlum olub.

Facemark” MMC təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan konfransın hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 14 spiker “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.

“Code Academy” tədris müəssisəsinin Marketinq və Kommunikasiyalar Departamentinin rəhbəri Gülşən Cumayevanın moderator olduğu “"Yaradıcı kontent və müştəri cəlbi" panelində Rafineri şirkətinin Partneri Emre Kaplan, Trilogy News şirkətinin kreativ strategiya direktoru Göktuğ Sarı, Havas Azərbaycan şirkətinin rəhbəri Hüseyn Hüseynov, Ağıllı Nağıllar şirkətinin təsisçisi İlham Əkbərli və Endorphin şirkətinin təsisçisi Orxan Kərimov  təcrübələrini bölüşəcəklər.

 

Adsnerd şirkətinin rəhbəri,  Google Premier Partnyoru və reklam eksperti Kamal Allazovun moderatorluğu ilə “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası” paneli baş tutacaq. Panelin spikerləri - Kapital Bank-ın Rəqəmsal Marketinq üzrə Proses Sahibi Kamran Babaşov, Evido  şirkətinin ölkə üzrə meneceri Fərid Əfəndi, Google şirkətinin Media Effektivliyi üzrə Baş Mütəxəssisi Mariia Bocheva və “Digital Marketing Institute”un Global Account Manageri Sean Kenny rəqəmsal dünyaya dair  fikir mübadiləsi aparacaqlar.

Code Academy tədris müəssisəsinin rəqəmsal marketinq üzrə proqram rəhbəri Sərvər Cəfərovun moderatorluğu ilə "Müştəri Davranışına Data-əsaslı Yanaşma" paneli baş tutacaq. Reel Agentliyinin təsisçi və CEO-su Cəfər Nəcəfov, ABB-nin rəqəmsal marketinq şöbəsinin rəhbəri Nərgiz Əhmədova, Azerconnect şirkətinin Machine Learning Mühəndisi Nicat Zeynalov, AzInTelecom şirkətinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şəmistan İsayev və OnDigital Agentliyinin təsisçisi Zamin Namazov bu panelin spikerləri olacaqdır.

Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference” 2023-ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/dmcbaku.az/

İnstaqram: https://www.instagram.com/dmcbaku.az/

Linkedln:https://www.linkedin.com/company/digital-marketing-conference/

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu