https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Qərb rayonlarında intensiv yağışlar fəsadlara yol açıb

26 May 2023 , 12:31
Qərb rayonlarında intensiv yağışlar fəsadlara yol açıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 2 nəfərin itkin düşməsi, bəzi ərazilərə yağış sularının dolması, qaz və elektrik xətlərinə ziyan dəyməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində xilasedicilər tərəfindən 1954-cü il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu və 2001-ci il təvəllüdlü Qurbanov İbrahim Rahib oglunun cəsədləri Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, FHN-in qüvvələri tərəfindən subasma ilə əlaqədar 3 nəfərə ilkin yardım göstərilib, vətəndaşlara məxsus iki minik avtomobili daşqın zonasından çıxarılıb, sıradan çıxmış qaz və elektrik xətləri kəsilərək ərazidən kənarlaşdırılıb.

Hazırda Nazirliyin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən intensiv yağışlar səbəbindən Gəncə şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Toivo Klaar Bakıya səfərə gəlib

Toivo Klaar Bakıya səfərə gəlib

XƏBƏR LENTİ
  • 09:25

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 08:59

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
Menyu