Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
Nərmin Qocamanlı 1159 baxış
Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bidirib.
Onun sözlərinə görə, iyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var:
"Mayın 31-i gündüzədək bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xaraketli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur".
Teqlər:
"Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?"