https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Qarabağa getmək istəyənlər üçün iyun ayının biletləri satışa çıxarılır

26 May 2023 , 14:32
Qarabağa getmək istəyənlər üçün iyun ayının biletləri satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər mayın 29-da, saat 12:00-da satışa çıxarılacaq.

"Operativ Media" xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günə qədər 549 reys həyata keçirilib, 22 287 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.

OXŞAR XƏBƏRLƏR
DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Şirvanda çətənə yetişdirən köhnə məhkum saxlanılıb - FOTO

Şirvanda çətənə yetişdirən köhnə məhkum saxlanılıb - FOTO

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

XƏBƏR LENTİ
  • 09:46

    İSTİLİK ENERJİNİ AVTOMOBİLƏ ÇEVİR!
  • 09:46

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 09:41

    Şirvanda çətənə yetişdirən köhnə məhkum saxlanılıb - FOTO
  • 09:34

    Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO
  • 09:27

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:11

    Paşinyan Kişinyovda erməni icması ilə görüşdən imtina edib
  • 09:08

    Azərbaycan BƏƏ ilə yeni investisiya imkanlarını müzakirə edib
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Menyu