Ruslan Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb
Redaksiya
Bu günlərdə polis əməkdaşları qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarıb.
"Operativ Media" xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi rayonunun Xocasən qəsəbəsində yaşayan 32 yaşlı Ruslan Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Polislər onun yaşadığı evin həyətinə baxış keçirərkən xüsusi avadanlıqlar vasitəsilə aqrotexniki qaydada yetişdirilməkdə olan 137 ədəd çətənə kolu, 1 kiloqram 232 qram qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Maraqlısı odur ki, narkotik tərkibli biitkilərin əkilib-biçilməsi və əldə etdiyi narkotiklərin satışı ilə məşğul olan R.Məmmədov AXCP tərəfdarı olmaqla Partiyanın bütün tədbirlərində iştirak edib.
Teqlər:
"Ruslan Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb"