http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Hərbi Tibb Fakültəsinin 23-cü ildönümü qeyd olunub

26 May 2023 , 17:12
Hərbi Tibb Fakültəsinin 23-cü ildönümü qeyd olunub

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin nümayəndələri, fakültənin müəllim-professor heyəti, kursantlar, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarına Hərbi Tibb Fakültəsinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində əldə olunan uğurlardan danışıblar.

Qeyd olunub ki, Vətən müharibəsi və digər döyüş əməliyyatlarında hərbi tibb personalının nümayiş etdirdiyi peşəkarlıq Azərbaycan Respublikasının Prezidenti və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Sonra kursantların ifasında mahnılar və şeirlər səsləndirilib, rəqs ansamblının iştirakı ilə milli rəqslər alqışlarla qarşılanıb.

Sonda fakültənin bir qrup əməkdaşı fəxri fərmanlarla mükafatlandırılıb.

OXŞAR XƏBƏRLƏR
Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
Menyu