https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 30 ° C

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

27 May 2023 , 09:01
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “Vaz 2106” markalı avtomobildə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. 
Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Daxili Qoşunlarının hərbi qulluqçusu təlim zamanı həlak oldu

Daxili Qoşunlarının hərbi qulluqçusu təlim zamanı həlak oldu

İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb

İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb

Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir

Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir

XƏBƏR LENTİ
  • 19:05

    İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
  • 18:55

    Daxili Qoşunlarının hərbi qulluqçusu təlim zamanı həlak oldu
    Daxili Qoşunlarının hərbi qulluqçusu təlim zamanı həlak oldu
  • 18:41

    Blinken və Çavuşoğlu arasında telefon danışığı olub
  • 18:39

    MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
    MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
  • 18:34

    İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb
  • 18:23

    Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir
  • 18:10

    Azərbaycan “ Boston Consulting Group” ilə enerji təhlükəsizliyini müzakirə edib
  • 17:50

    Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar
Menyu