Menyu

Polis Siyəzəndə əməliyyat keçirib, 2 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Polis Siyəzəndə əməliyyat keçirib, 2 nəfər saxlanılıb

Siyəzən   Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və əkilib-becərilməsində   şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov   saxlanılıblar. 

Həmin şəxslərin üzərinə və yaşadığı evə  baxış keçirilən zaman bükümlərdə narkotik vasitə olan heroin, marixuana və  əkilib becərilməsi qadağan edilmiş 50 ədəd  çətənə  (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Polis Siyəzəndə əməliyyat keçirib 2 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər