Menyu

Ərdoğan Serbiya və Kosova liderləri ilə danışıb

Ərdoğan Serbiya və Kosova liderləri ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə telefonla danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb. Telefon danışıqlarında tərəflər arasında artan gərginlik müzakirə mövzusu olub. Türkiyənin dövlət başçısı Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu bildirib. Ərdoğan Türkiyə olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduğunu bəyan edib. Serbiya Prezidentinin ofisi telefon danışığı zamanı Vuçiçin Ərdoğandan yardım istədiyini açıqlayıb. “Vuçiç Ərdoğandan regionda sülh və sabitliyi qorumaq üçün Türkiyənin nüfuzundan istifadə etməyi xahiş edib” – deyə açıqlamada bildirilir. Türkiyə mediası və beynəlxalq KİV Ərdoğanın bu fəaliyyətini “bölgədə sülh diplomatiyası” kimi şərh edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər