Menyu

Pezeşkian: İran iqtisadiyyatı ağır vəziyyətdədir

Operativ Media
Pezeşkian: İran iqtisadiyyatı ağır vəziyyətdədir
1 dəq oxu

İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda milli valyuta rialın dəyəri kəskin şəkildə aşağı düşüb və ABŞ dollarının məzənnəsi 3 milyon rialı ötüb.

Operativ Media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi müharibə şəraitində olduğunu bildirib.

Onun sözlərinə görə, iqtisadi müharibə raket hücumları və hərbi qarşıdurmadan daha çətin sınaqdır.

Pezeşkian yaranmış vəziyyətdən çıxışın qarşılıqlı anlaşma, həmrəylik və bir-birinə dəstək göstərilməsindən keçdiyini vurğulayıb.

Qeyd edək ki, rialın rekord səviyyədə ucuzlaşması İranda iqtisadi çətinliklərin dərinləşdiyini göstərir.

Əlaqəli Xəbərlər