Menyu

Nardaranda xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs saxlanılıb

Nərmin Qocamanlı
Nardaranda xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs saxlanılıb
1 dəq oxu

Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.  

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Əlaqəli Xəbərlər