http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qəbələdə bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

13 İyun 2023 , 12:10
Qəbələdə bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 10-da Qəbələ rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Vəndam, Nic, Zarağan kəndləri ərazilərində qanunsuz kömür istehsalı, Nohurqışlaq kəndində qanunsuz çınqıl daşınması, Qəbələ şəhəri, həmçinin Həmzəli, Qəmərvən, Kiçkik Pirəli, Sarağan kəndləri və Almadağ adlanan ərazidə məişət tullantılarının tutumlardan kənara atılması, Emirvan kəndində isə məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar olunub.

"Operativ Media" xəbər verir ki,bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə Emirvan kənd bələdiyyəsinin sədri və rayon sakinləri olan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu