Menyu

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Teqlər:

"Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb"

Əlaqəli Xəbərlər