Menyu

Pirallahıda 20 yaşlı oğlanın öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Pirallahıda 20 yaşlı oğlanın öldürülməsi ilə bağlı cinayət işi başlanıb

İyunun 15-i saat 02 radələrində Pirallahı rayonu ərazisində 2003-cü il təvəllüdlü  Murad Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Pirallahı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Pirallahıda 20 yaşlı oğlanın öldürülməsi ilə bağlı cinayət işi başlanıb"

Əlaqəli Xəbərlər