Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
Nərmin Qocamanlı
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 15-i saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı: Qubada 17 mm, Qusarda 9 mm, Qrızda 8 mm, Lerikdə 7 mm, Şabran, Yardımlı, Daşkəsən, Lənkəran, Altıağac, Culfa, Sabirabad, Astara, Gədəbəy, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Ağdam, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Şahdağ, Tərtər, İmişli, Biləsuvar, Kürdəmir, Neftçala, Xaçmazda 5 mm-dək, Abşeron yarımadasında 1 mm-dək olub.
Havanın maksimal temperaturu: İyunun 13-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 23 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.
Teqlər:
"Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb"