Menyu

Sumqayıtda bank kartından oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Sumqayıtda bank kartından oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Sumqayıt sakininin bank kartından oğurluq edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 590 manatı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İlfan Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər