Hökməli qəsəbəsində evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb
Nərmin Qocamanlı
Abşeron rayonunun Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Hökməli qəsəbəsində evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb"