http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Suraxanıda narkotiklərin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan 49 nəfər saxlanılıb

15 İyun 2023 , 12:53
Suraxanıda narkotiklərin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan 49 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər - Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid  Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxslərdən ümumilikdə 8 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, Suraxanı rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 45 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

Qeyd edilən dövr ərzində Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 4 nəfər də tutularaq məsuliyyətə cəlb edilib. Onlardan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd tapança, 1 ədəd “TOZ” markalı müvafiq sənədləri olmayan tüfəng və 12 ədəd patron aşkar edilib.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu