Menyu

Ötən gün ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

İyunun 15-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib 2 nəfər ölüb"

Əlaqəli Xəbərlər