Nərimanovda klinikada oğurluq edən şəxs tutulub
Nərmin Qocamanlı
İyunun 8-də Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində orada işləyən tibb bacısının pulunun və qol saatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mustafa Səfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net