Menyu

Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 6 nəfər ölüb

İyunun 16-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 6 nəfər ölüb"

Əlaqəli Xəbərlər