http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

DİN Narkotik aludəçilərinin atasının iddialarına cavab verib

18 İyun 2023 , 20:05
DİN Narkotik aludəçilərinin atasının iddialarına cavab verib

İnternet Tv kanallarının birində polis əməkdaşlarının hərəkətləri ilə bağlı əsassız və həqiqətə uyğun olmayan iddialar səsləndirilib. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, vətəndaş Vidadi Səmədovun narkotik aludəçisi olan övladları - əvvəllər CM-in 234-cü maddəsilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır. 

Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra”markalı maşınla sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər. 

Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədovun ayaq nahiyyəsindən xəsarət alıb.  Araraşdırmalarla hadisə yerindən 1 büküm narkotik vasitə olan heroin aşkarlanıb. 

V.Səmədovun müalicəsi davam etdirilir. 

Fakt üzrə araşdırmalar davam etdirilir. 

Media subyektlərinin diqqətinə çatdırırıq ki, qərəzli, böhtan xarakterli məlumatları yayarkən diqqətli olsunlar, çaşqınlıq yaradan iddiaları tirajlamaqdan çəkinsinlər.

OXŞAR XƏBƏRLƏR
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

XƏBƏR LENTİ
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Menyu