Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
Nərmin Qocamanlı
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.
"Operativ Media"nın xəbərinə görə, bunu Milli Hidrometrologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.
O, qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək, Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net