Menyu

Biləsuvarda 40 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirilib

Nərmin Qocamanlı
Biləsuvarda 40 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirilib

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Məlumata görə münaqişə qonşular arasında baş verib. 

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib. 

Əlavə məlumat veriləcəkdir.

Teqlər:

"Biləsuvarda 40 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirilib"

Əlaqəli Xəbərlər