Menyu

Cəbrayılda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Nərmin Qocamanlı
Cəbrayılda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

İyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl Rayon Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində Bayram Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Cəbrayılda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb"

Əlaqəli Xəbərlər