Menyu

Ağcabədidə polislərin keçirdiyi tədbirlər nəticəsində silahlar və narkotik tərkibli bitki aşkar edilib

Nərmin Qocamanlı
Ağcabədidə polislərin keçirdiyi tədbirlər nəticəsində silahlar və narkotik tərkibli bitki aşkar edilib

Ağcabədidə polislərin keçirdiyi tədbirlər nəticəsində silahlar və narkotik tərkibli bitki aşkar edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri ilə silah-sursat satmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvələr məhkum olunmuş Zahid Abdullayev saxlanılıb. O, Ağcabədi rayon ərazisinə gəldikdən sonra özü ilə gətirdiyi "Kalaşnikov-AKMS" markalı silahı və 4 ədəd patronu satmaq istəyərkən polis əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilib. Şöbədə onun çantasına baxış keçirilən zaman həmin silah-sursat maddi sübut kimi aşkar olunaraq götürülüb.

Bundan əlavə, digər tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi də aşkar edilərək götürülüb.

Keçirilən başqa bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Xəyal Məhərrəmov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş  çətənə bitkiləri aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər