Menyu

Son iki gündə cinayət törətməkdə şüphəli bilinən 140 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Son iki gündə cinayət törətməkdə şüphəli bilinən 140 nəfər saxlanılıb

İyunun 17-də və 18-də ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 97  nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.        

Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Teqlər:

"Son iki gündə cinayət törətməkdə şüphəli bilinən 140 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər