Menyu

Qəbələdə həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Redaksiya
Qəbələdə həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilmiş tədbir zamanı rayonun Şamlı kənd sakini Azər Yusibov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən yarımtikilidən yarım kiloqrama yaxın qurudulmuş marixuana və evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. A.Yusibov ifadəsində əməlini etiraf edib. 
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər