Menyu

Naxçıvanda 17 yaşlı qızı qətlə yetirən şəxs tutulub

Nərmin Qocamanlı
Naxçıvanda 17 yaşlı qızı qətlə yetirən şəxs tutulub

Xəbər verildiyi kimi iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər