Menyu

Mübariz Qurbanlı: Azərbaycanda 38 qeyri-müsəlman dini icması dövlət qeydiyyatından keçib

Redaksiya
Mübariz Qurbanlı: Azərbaycanda 38 qeyri-müsəlman dini icması dövlət qeydiyyatından keçib

Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib.

"Operativ Media" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda konfransda deyib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında qoyduğu əsas məsələlərdən biri dövlət-din münasibətlərinin tənzimləməsi idi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda dini etiqad azadlığı, söz və vicdan azadlığı ilə bağlı müddəaların olduğunu xüsusi vurğulayıb. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır.

Teqlər:

"Mübariz Qurbanlı: Azərbaycanda 38 qeyri-müsəlman dini icması dövlət qeydiyyatından keçib"

Əlaqəli Xəbərlər