Keçmiş məhkumun lombarda verdiyi qızıl üzük saxta çıxıb
Gozel Həşimova
Sumqayıtda keçmiş məhkumun lombarda verdiyi qızıl üzük saxta çıxıb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 20-də bir nəfərin Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən lombarda qızıl üzük verərək 350 manat pul alması, sonradan həmin üzüyün saxta olmasının müəyyənləşməsi barədə polisə məlumat daxil olub. Bu əməli törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Bəxtiyar Qasımov Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net