Menyu

Vilayət Eyvazov Qusarda sakinləri qəbul edəcək

Gozel Həşimova
Vilayət Eyvazov Qusarda sakinləri qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

DİN-dən "Operativ Media"ya verilən məlumta görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Teqlər:

"Vilayət Eyvazov Qusarda sakinləri qəbul edəcək"

Əlaqəli Xəbərlər