http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Diaspor nümayəndələrinin Şuşaya 10-cu səfəri baş tutub (FOTO)

27 İyul 2023 , 21:13
Diaspor nümayəndələrinin Şuşaya 10-cu səfəri baş tutub (FOTO)

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 10-cu səfəri baş tutub.

Bu barədə "Operativ Media"ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində onuncu dəfə gerçəkləşən səfərdə 20 ölkədən gələn 70-dən çox diaspor nümayəndəsi iştirak edib.

Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün ev-muzeyinin, Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.

Səfərin sonunda diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər. Eyni zamanda onlara xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.

Komitə 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust,9 oktyabr və 2 dekabr), 2022-ci ildə üç dəfə (26 iyul, 17 avqust, 7 sentyabr), 2023-cü ildə isə iki dəfə (29 iyun və 8 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu