http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Nazirlik bağça müdiri olmaq istəyənlərə müraciət edib

28 İyul 2023 , 17:01
Nazirlik bağça müdiri olmaq istəyənlərə müraciət edib

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları”na əsasən, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər nazirliyin rəsmi internet səhifəsində elan ediləcək.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"-ya bildirilib ki, üsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaqlar.

Müsabiqənin ilkin mərhələsində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahanda hər namizədə 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumilikdə 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilirlər:
• ünsiyyət və təqdimetmə bacarığı;
• liderlik və idarəetmə bacarığı;
• məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi.

Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.

Müsabiqədə iştirak edəcək şəxslərə uğurlar arzulayırıq!

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu