http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

BDYPİ gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib

28 İyul 2023 , 17:11
BDYPİ gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində hava şəraitinin güclü küləklə müşahidə olunan dəyişməsi gözlənilir.

"Operativ Media" xəbər verir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu