Menyu

Ali Məhkəmədə “Azəriqaz”, “Azərişıq” və “Azərsu” cəmiyyətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib (FOTO)

Ali Məhkəmədə “Azəriqaz”, “Azərişıq” və “Azərsu” cəmiyyətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan Respublikasının Ali Məhkəməsində təbii inhisar subyektləri - “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən aparılmış məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində Mülki Prosessual Məcəlləyə edilmiş köklü dəyişikliklər, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı fəaliyyəti barədə məlumat verilib.

Təbii inhisar subyektləri olaraq “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin iştirak etdikləri kommersiya və mülki işlərdə rast gəlinən xarakterik problemlər müzakirə edilib, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər