İdman yarışları zamanı radiotezlik zolaqlarından istifadə məhdudlaşdırıla biləcək
Əziz Əzizli
İdman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ məhdudlaşdırıla biləcək.
"Operativ Media" xəbər verir ki, bu, Nazirlər Kabinetinin Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təklifi ilə DRİ-nin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net