http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirilib - FOTO

29 İyul 2023 , 18:12
SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirilib - FOTO

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib.

"Operativ Media" SOCAR-a istinadən xəbər verir ki, göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

M. Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq, bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb.

Nazir SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

M.Cabbarov, eyni zamanda, yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib.

SOCAR-ın yeni təyin olunan vitse-prezidentləri çıxışlarında onlara göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR
ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub

Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub

Dəmiryolunda gediş haqqı artacaq

Dəmiryolunda gediş haqqı artacaq

XƏBƏR LENTİ
  • 17:13

    Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
  • 17:11

    ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb
  • 17:03

    Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub
  • 17:00

    Dəmiryolunda gediş haqqı artacaq
    Dəmiryolunda gediş haqqı artacaq
  • 16:52

    Sentyabrın ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub
  • 16:47

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2
  • 16:43

    Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
  • 16:40

    "Barselona" Qavi ilə müqaviləni uzadacaq
Menyu