http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

FHN: Bir sıra ərazilərdə güclü küləyin fəsadlarının qarşısı alınıb

29 İyul 2023 , 18:16
FHN: Bir sıra ərazilərdə güclü küləyin fəsadlarının qarşısı alınıb

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə edilən güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.

"Operativ Media" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında güclü külək səbəbindən Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən kondisionerin qoparaq asılı vəziyyətdə qalan mühərrik hissəsi və Səbail rayonu, Neftçilər prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri tərəfindən müvafiq qaydada götürülərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.

Bundan başqa, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində aşaraq vətəndaşların sərbəst hərəkətinə maneə yaradan ağac əraziyə cəlb edilən XRXX-nin xilasediciləri tərəfindən ərazidən götürülərək vətəndaşların sərbəst hərəkəti təmin edilib.

Eyni zamanda, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində beşmərtəbəli yaşayış binasının damından asılı vəziyyətdə qalan yağış sularının axıdılması üçün nəzərdə tutulan təqribən 4 metr uzunluğunda olan dəmir boru xüsusi vasitələrlə kəsilərək götürülüb və sakinlərin təhlükəsizliyi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır

Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır

Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb

Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb

ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

XƏBƏR LENTİ
  • 17:24

    Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır
  • 17:23

    Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb
  • 17:13

    Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
  • 17:11

    ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb
  • 17:03

    Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub
  • 17:00

    Dəmiryolunda gediş haqqı artacaq
    Dəmiryolunda gediş haqqı artacaq
  • 16:52

    Sentyabrın ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub
  • 16:47

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2
Menyu