http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Masallıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB

30 İyul 2023 , 20:57
Masallıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB

İyulun 30-u saat 18 radələrində Masallı rayon sakini 1979-cu il İlkanə Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Media" Masallı rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Məmmədovun rayonun Təklə kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

İyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

OXŞAR XƏBƏRLƏR
“Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

“Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib

Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar

Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar

XƏBƏR LENTİ
  • 20:54

    Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb
  • 20:47

    Netanyahu Livan xalqına müraciət edib
  • 20:38

    Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
Menyu