Menyu

Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşüb

Gozel Həşimova
Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşüb
1 dəq oxu

Cəlilabad rayonunda avtomobilin vurduğu piyada komaya düşüb.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub.

O, ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb.

Xəstə hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər