Menyu

Masazırda restorandan oğurluq edilib

Gozel Həşimova
Masazırda restorandan oğurluq edilib

İyulun 23-nə keçən gecə Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əvəz Məmmədov saxlanılıb.

Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də müəyyən olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər