Menyu

Dörd rayonda ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib

Gozel Həşimova
Dörd rayonda ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunun Nərimanabad və Beyləqan rayonunun Şəfəq qəsəbələrində, Quba rayonunun Barlı və Göyçay rayonunun Şıxbəy kəndlərində ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Operativ Media"ya bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonunda vətəndaş Eldar Ağayev, Beyləqan rayonunda Əliağa Məmmədov, Quba rayonunda Rəhman Seyidəhmədov, Göyçay rayonunda isə Raqif Maqsudov tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər