http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İsmayıllıda avtoxuliqanlıq edən sürücü saxlanılıb

31 İyul 2023 , 15:56
İsmayıllıda avtoxuliqanlıq edən sürücü saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon sakini Musa Xəlilli sürücülük hüququ olmadan idarə etdiyi  “VAZ-21011” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib.

Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. Musa Xəlilli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Rayon ərazisində analoji qayda pozuntusuna yol verən, vətəndaşların dincliyini və ictimai asayişi pozan sürücülərin müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu