http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bərdə-Ağdam avtomobil yolunun tikintisi işlərinin 88 %-i icra olunub

31 İyul 2023 , 16:09
Bərdə-Ağdam avtomobil yolunun tikintisi işlərinin 88 %-i icra olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə-Ağdam avtomobil yolunun tikintisini yekunlaşdırmaq üzrədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da 100 % yerinə yetirilib.

Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı km-lik hissəsində 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 14 və 42-ci km-lik hissəsində 66 və 43 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 14 və 16 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunaraq tamamlanıb.

Yol boyu Nyucersilərin (beton bardyor) və yaşayış məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası, səki və tamet daşlarının tikintisi də sona çatdırılıb.

Yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin yerləşəcəyi ərazidə tikinti işləri isə davam edir.

Hazırda yol boyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir. Artıq avtomobil yolunun ilk 10 km-lik hissəsində aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri yekunlaşıb.

Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 %-i icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Bərdə-Ağdam avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

OXŞAR XƏBƏRLƏR
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu