Ana səhifə / Ölkə / Goranboy DYP-yə yeni baş inspektor təyin edilib Goranboy DYP-yə yeni baş inspektor təyin edilib 31.07.2023, 19:30 Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib. "Operativ Media" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Elşən İsmayılov adıçəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək. E.İsmayılov bunadək Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində çalışıb. Teqlər: "Goranboy DYP-yə yeni baş inspektor təyin edilib"